TOP 10

AİJF İdarə Heyətinin növbəti iclası keçirilib - yubileylə bağlı yazı müsabiqəsi olacaq

Digər
Tarix: 2020-05-13 19:07

Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda çıxış edən qurumun prezidenti Qabil Mehdiyev qurumun fəaliyyəti və karantin dövründə görülən işlər barədə danışıb. 

 

Gündəliyə əsasən, AİJF üzvlərinin imtiyaz və öhdəlikləri müzakirə olunub. Bildirilib ki, gələcəkdə də federasiya öz üzvlərinin qaldırdığı məsələlərə həssaslıqla yanaşaraq onlara dəstək olacaq. Bununla yanaşı, qurumun hər hansı üzvü AİJF mənafeyinə zidd hərəkətlərə yol verdikdə, müvafiq addım atıla bilər.

 

Daha bir məsələ tanınmış idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyinin qeyd olunması barədə olub. Qərara alınıb ki, yubiley münasibətilə AİJF üzvləri arasında yazı müsabiqəsi elan olunsun. Müsabiqə şərtləri tezliklə açıqlanacaq. 

 

İclasda AİJF tədbirlərinin işıqlandırılması, tanınmış idman jurnalistlərinin doğum və anım günlərinin qeyd edilməsi məsələləri də müzakirə olunub.

 

 

 

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB