TOP 10

İdman jurnalistləri üçün “Dopinqlə mübarizə” mövzusunda vebinar keçirilib

Digər
Tarix: 2020-05-12 21:19

Bu gün - mayın 12-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) Azərbaycan Milli Antidopinq Agentliyi ilə birlikdə dopinqlə mübarizəyə aid vebinar keçirib. Sport24.az xəbər verir ki, bebinarda müxtəlif telekanal, qəzet, informasiya agentlikləri və xəbər portallarının 20-dən çox əməkdaşı, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası proqramının magistrləri iştirak ediblər.

 

Təlimi giriş sözü ilə AİF-nin prezidenti Qabil Mehdiyev açıb. İştirakçıları salamlayan federasiya rəhbəri AMADA və AİJF-nin birgə layihəsi olan vebinarın əhəmiyyətindən danışaraq media nümayəndələrinə təlimdə uğurlar arzulayıb. AMADA-nın direktoru Şəfəq Hüseynli isə son günlərdə rəhbərlik etdiyi qurumun idmançılar və mütəxəssislər üçün belə təlimləri ardıcıl keçirdiyini vurğulayıb. O, təlimin media nümayəndələri üçün də əhəmiyyətli olacağına söyləyib.

 

Bir saat davam edən vebinarda Antidopinq qayda pozuntularının aşkarlanması və araşdırmaların aparılması, qadağan edilmiş maddələrin qanunsuz dövriyyəsi və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, respublika idman federasiyalarının öhdəlikləri, antidopinq qayda pozuntuları mübahisələri üzrə qapalı dinləmə prosesi və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qərarların yoxlanılması kimi mövzulara toxunulub. Vebinarda media nümayəndələrinə dopinq yoxlamaları və müxtəlif qurumlarla əməkdaşlıq, idmançıların öhdəlikləri, hüquqları barədə və digər məsələlər haqqında slaydlarla məlumat verilib.

 

Sonda AMADA-nın hüquqşünası Fərhad Abbasov müxtəlif mövzularda sualları cavablandırıb.

 

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB