TOP 10

Rəcəbovun komandası Millətlər Kubokunda sonuncu oldu

Şahmat
Tarix: 2020-05-09 22:42

Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbovun heyətində yer aldığı Dünya yığması yarışı 4 xalla 6 komanda arasında sonuncu pillədə başa vurub.
 

FİDE prezidenti Arkadi Dvorkoviçin kapitanlıq etdiyi kollektiv 10 görüşdən 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb.


Birinci yeri 17 xalla Çin tutub. ABŞ və Avropa hərəyə 13 xal toplasa da, amerikalılar lövhələrdə daha çox xal yığdıqları (ABŞ - 22, Çin - 21,5) üçün ikinci pilləyə layiq görülüblər. Rusiya 8 xalla dördüncü, Hindistan 5 xalla beşinci yeri tutub.


Beləliklə, mayın 10-da keçiriləcək Superfinalda Çin və ABŞ üz-üzə gələcək.

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB