TOP 10

“Qarabağ”dan 3 futbolçuya yeni müqavilə təklifi

Futbol
Tarix: 2020-05-05 23:00

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” gələn mövsümün planlarını qurmaqda davam edir. Sport24.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov daha 3 futbolçu ilə bağlı qərarını verib.

 

Təcrübəli mütəxəssis uzun müddətdir komandanın şərəfini qoruyan müdafiəçilər Bədavi Hüseynov, Maksim Medvedev və hücumçu Mahir Emrelinin qalmasını istəyib. Məhz çalışdırıcının tələbindən sonra klub rəhbərliyi adıçəkilən oyunçularla təmas qurub. Hər 3 oyunçu yeni sazişə müsbət yanaşır.

 

Ağdamlıların Bədavi və Maksimlə bağlı hər hansı bir narahatlığı yoxdur. Gələn mövsümdən əsas kapitan funksiyasını yerinə yetirəcək Medvedev və vitse-kapitanlardan olacaq Hüseynovun yeni sözləşmə bağlayacaqlarını indidən demək olar. Emrelinin qərarı isə ölkə xaricindən gələcək təkliflərdən asılı olacaq. Hücumçu daha iddialı klubdan dəvət almasa, “Qarabağ”dakı çıxışını davam etdirəcək.

 

Qeyd edək ki, “Qarabağ” müqavilə müddəti mövsümün sonuna qədər olan digər oyunçulardan Vaqner da Silva, Araz Abdullayev və Ailton Silva ilə yollarını ayırmağa hazırlaşır (apasport.az)

CBCsport
06 Iyun 2020
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB