TOP 10

Azərbaycan Premyer Liqasının erkən başa çatması ilə bağlı qərarı yalnız AFFA İcraiyyə Komitəsi qəbul edə bilər

Futbol
Tarix: 2020-05-05 09:14

Azərbaycan Premyer Liqasının erkən başa çatması ilə bağlı qərar nə AFFA katibliyinin, nə də PFL-in məsuliyyətinin səlahiyyətinə daxildi. Sport24.az xəbər verir ki, bu sözləri AFFA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bəyan edib: “Azərbaycan Premyer Liqasının vaxtından əvvəl başa çatması məsələsinə hələ baxılmayıb. Xüsusilə qeyd etmək istəyirəm ki, bu məsələ AFFA katibliyinin və ya PFL-in səlahiyyətində deyil. Bu qərarı yalnız AFFA İcraiyyə Komitəsi verə bilər. Ola bilər ki, may ayının sonuna qədər İcraiyyə Komitəsinin iclası videokonfrans formatında keçiriləcək".

 

Qeyd edək ki, 1 may cümə günü Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə xüsusi karantin rejiminin 31 may bazar gününə qədər uzadılması barədə qərar qəbul etdi.
 

Beləliklə, yalnız bu müddətdən sonra klublar məşqləri bərpa edib çempionatın qalan oyunlarına hazırlıqlara başlayacaqlar. Ancaq bütün bunlar Operativ Qərargahın 10-dan çox insanın bir yerə yığışmasıyla bağlı qadağanı uzadacaq başqa qərarlar qəbul etməyəcəksə (1news.az).
.

 

 

CBCsport
06 Iyun 2020
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB