TOP 10

Qiqauri çempionatın bərpasına ümidini itirməyib: "Gələn mövsümdə hansı komandada olacağımla bağlı indidən nəsə deməyim düzgün çıxmaz"

Futbol
Tarix: 2020-05-04 18:00

“Artıq xeyli müddətdir ki, yaşıl meydanlardan uzaq qalmışıq”. Sport24.az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Merab Qiqauri deyib.

 

Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin mayın 31-nə qədər uzadılmasına münasibət bildirən gürcüstanlı yarımmüdafiəçi buna üzüldüyünü söyləyib. 27 yaşlı orta sahə oyunçusu ev şəraitində məşqlərini davam etdirdiyini bildirib: “Futbolsuz çox darıxıram. Təbii ki, evdə hazırlıqlarımızı davam etdiririk. Məşqçilər korpusunun verdiyi proqram üzrə çalışırıq. Təəssüf ki, çempionat hələ bərpa olunmayıb. Biz də vəziyyətin necə olacağını gözləyirik. Ümid edirəm ki, mövsümün qalan matçlarını keçirmək mümkün olacaq”.

 

“Qəbələ” ilə müqavilə müddəti yaya qədər olan Qiqauri sözləşməsi bitdikdən sonra gedəcəyi, yoxsa mövsümün sonuna qədər komandada qalacağı ilə bağlı suala konkret cavab verməyib: “Hələ heç nə məlum deyil. Hazırda hamımız Premyer Liqanın taleyini gözləyirik. Gələn mövsümlə bağlı indidən nəsə deməyim düzgün çıxmaz”.

 

Qeyd edək ki, Merab Qiqauri cari mövsüm Premyer Liqada 18 matçda iştirak edib (apasport.az).

 

CBCsport
06 Iyun 2020
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB