TOP 10

İdman jurnalistləri üçün “Dopinqlə mübarizə” mövzusunda təlimlər başlayır

Digər
Tarix: 2020-05-04 14:00

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) Azərbaycan Milli Antidopinq Agentliyi ilə birlikdə dopinqlə mübarizə sahəsinin ən aktual mövzularına dair təlimlərə başlayır. Sport24.az xəbər verir ki, idman jurnalistləri üçün təlimlər iki mərhələdən ibarət olacaq.


Əvvəlcə mayın 11-də açıq vebinar keçiriləcək. Saat 14:00-da başlanacaq vebinar bir saat davam edəcək. Mövzular isə bunlardır:


- Antidopinq qayda pozuntularının aşkarlanması və araşdırmaların aparılması;


- Qadağan edilmiş maddələrin qanunsuz dövriyyəsi və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq;


- Respublika idman federasiyaların öhdəlikləri;


- Antidopinq qayda pozuntuları mübahisələri üzrə qapalı dinləmə prosesi və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qərarların yoxlanılması;


- WADA-nın Məcəlləsi, ölkələrə tələbləri və s.


Vebinara qoşulmaqla jurnalistlər antidopinq mövzusunda biliklərini artıra və onları maraqlandıran suallarla bağlı müzakirə apara bilərlər.


Qeydiyyatdan keçmiş jurnalistlər üçün təlimlər karantin rejimi bitdikdən sonra seminar formasında davam etdiriləcək. Seminarın yekununda isə jurnalistlərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunacaq.


Ad, soyad, təmsil etdiyi KİV, e-mail ünvanı və mobil telefon nömrəsini göndərməklə (azesportsmedia@gmail.com) qeydiyyatdan keçə və vebinara qoşulmaq üçün linki əldə edə bilərsiniz.

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB