TOP 10

Teymur Rəcəbov ilk 10-luqda, Şəhriyar Məmmədyarov...

Şahmat
Tarix: 2020-04-30 15:24

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, 100 şahmatçının yer aldığı reytinqin ilk 10-luğunda bir azərbaycanlı təmsilçi yer alıb.

Teymur Rəcəbov yeni reytinqə əsasən 9-cu pillədə qərarlaşıb. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə 11-ci pillədə qalıb.


Azərbaycanın digər təmsilçiləri Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü, Rauf Məmmədov isə 90-cı pillədə qərarlaşıb.


Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen edir.


Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə 29-cu, Gülnar Məmmədova 77-ci, Xanım Balacayeva isə 86-cı pillədəki yerini qoruyub.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB