TOP 10

Millimizin hücumçusu Belarus klubuna keçdi - Rusiya çempionatında çıxış edəcək

Voleybol
Tarix: 2020-04-30 12:12

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizoza Belarusun “Minçanka” klubuna keçib. Sport24.az klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu 2020/2021 mövsümündə paytax təmsilçisində çıxış edəcək.

 

Əzizova "Minçanka"ya transferindən məmnunluğunu bildirib: "Yeni klubum barədə yaxşı çox şey eşitmişəm və Superliqada izləmişəm. Maraqlı komandadı. Bundan əlavə, həmişə Rusiya çempionatında oynamaq istəyirdim”.

 

Əzizoza yeni komandasında "10 nömrə"li formanı geyinəcək.

 

“Minçanka” Rusiya çempinatında mübarizə aparır. Marqarita 2012-17-ci illərdə “Telekom”da oynayıb. O,  2016-cı ildə gümüş, 1 il sonta 2017-ci ildə qızıl medal qazanıb. Voleybolçu daha öncə Türkiyə və Polşada legioner həyatı yaşayıb. 

 

Xatırladaq ki, Əzizova 2019/20 mövsümündə Polşanın "Radomka" klubunda çıxış edib və Bakıya qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunmuş voleybolçunun analizində hansısa yoluxma halı qeydə alınmayıb.

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB