TOP 10

ABF prezidenti FİBA-nın videokonfransında iştirak edib

Basketbol
Tarix: 2020-04-29 19:00

Bu gün 29-da Avropa Basketbol Federasiyasının (FİBA) təşəbbüsü ilə təşkilatın üzvü olan milli basketbol federasiyaları ilə videokonfrans keçirilib. Sport24.az xəbər verir ki, onlayn-konfransda koronavirus pandemiyasının nəticəsində üzv ölkələrdə yaranmış mövcud vəziyyət və onun milli federasiyalarının fəaliyyətinə təsiri barədə geniş müzakirələr aparılıb.


Onlayn-konfransda çıxış edən Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov koronavirus pandemiyasının təsiri nəticəsində ölkəmizdə yaranmış vəziyyət, və Azərbaycan hökümətinin bu xəstəliyinin yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi çevik, zəruri qabaqlayıcı və preventiv tədbirlər haqqında ətraflı məlumat verib. Nadir Nəsibov həmçinin bu vəziyyətdə Azərbaycan Basketbol Federasiyasının ölkədaxili yarışlarla bağlı qəbul etdiyi qərarları konfrans iştirakçılarının diqqətinə çatdırıb.


Onlayn-konfransda Avropa basketbol federasiyalarının rəsmiləri ilə yanaşı FİBA Avropanın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jean-Pierre Suitat, vitse-prezidentlər Carmen Tocala və John Goncalves, icraçı direktor Kamil Novak iştirak ediblər.


Qeyd edək ki, dünən, aprelin 28-də Azərbaycan Basketbol Federasiyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov üzv olduğu FİBA Avropa kiçik ölkələrinin komissiyasının onlayn-konfransında iştirak edib.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB