TOP 10

Gerye ilə bağlı qərar verildi

Futbol
Tarix: 2020-04-29 12:09

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov müdafiəçi Vild-Donald Gerye ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, bu barədəgənc mütəxəssis özü məlumat verib.

 

43 yaşlı çalışdırıcı müqavilə müddəti mövsümün sonuna qədər olan Haiti millisinin üzvünü gələn mövsüm də ixtiyarında görməkdə maraqlıdır. O, 31 yaşlı sol cinah oyunçusunun anlaşmasındakı 1 illik uzatma bəndinin aktivləşməsi üçün rəhbərliklə görüşəcəyini söyləyib: "Geryenin komandada qalmasını çox istərdim. O, heyətdə görməyi ən çox istədiyim oyunçulardan biridir. Yüksək keyfiyyətə malik futbolçudur. Mövsüm bitdikdən sonra onunla söhbətimiz olacaq".

 

Qeyd edək ki, "Neftçi"nin idman direktoru Ceyhun Sultanov mövsümün sonunda baş məşqçi ilə bu barədə söhbət aparacaqlarını, çalışdırıcının qərarına uyğun hərəkət edəcəklərini söyləyib (apasport.az).

CBCsport
13 Avqust 2020
12 Avqust 2020
B.eÇ.aÇC.aCŞB