TOP 10

PFL Premyer Liqanın bərpa tarixini açıqladı - RƏSMİ

Futbol
Tarix: 2020-04-27 18:05

Peşəkar Futbiol Liqası (PFL) Premyer Liqa və I Divizionun bərpa tarixiylə bağlı rəsmi məlumat yayıb. Sport24.az xəbər verir ki, qurumun rəsmi saytında dünyanın əksər ölkələrində geniş yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci Divizionu və Azərbaycan Kuboku yarışlarına müvəqqəti olaraq fasilə verildiyi, ölkəmizdə pandemiyaya qarşı aparılan uğurlu mübarizənin nəticəsi olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il aprelin 27-dən etibarən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul etdiyi vurğulanıb: "Daha əvvəl qəbul olunmuş qərara əsasən, xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır. UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələrini, AFFA, klublarımızla aparılan müzakirələri və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixləri nəzərə alaraq, mayın 21-də Birinci Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpa olunması nəzərdə tutulur.


Aparılan müzakirələrə uyğun olaraq, Peşəkar Futbol Liqasının qərarına əsasən, Premyer Liqa oyunları başa çatdıqdan sonra Azərbaycan Kubokunun yarımfinal və final oyunları keçiriləcək.

Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır.


Azarkeşsiz keçiriləcək Premyer Liqa, Birinci Divizion və Azərbaycan Kubokunun yeni təqvimi ilə bağlı saytımızda məlumat yerləşdiriləcək".


Həmçinin bu, qeyd olunur ki, xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq PFL tərəfindən müvafiq qərarlar qəbul oluna bilər.

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB