TOP 10

Millimizin rəqibinin qapıçısı Azərbaycana köçür - Premyer Liqa klubumuzdan təklif alıb

Futbol
Tarix: 2020-04-27 15:07

Monteneqro millisinin qapıçısı Milan Miyatoviçin karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb. Sport24.az xəbər verir ki,  "Levski"nin təcrübəli qolkiperi Premyer Liqa klubundan təklif alıb.

 

33 yaşlı Miyatoviçə qış fasiləsində gələn təklifi Bolqarıstan klubunun rədd etdiyini söyləyib. Lakin Sofiya təmsilçisi özü artıq onunla yollarını ayırmağa hazırlaşır. Müqavilə müddəti mövsümün sonuna qədər olan Miyatoviçin sözləşməsini klub daha 1 il uzatmaq hüququna malikdir. Amma sofiyalılar Milanın maddi ehtiyaclarını qarşılamaq gücündə deyillər. Bolqarıstan KİV-in yazdığına görə, Azərbaycan variantının hələ də qüvvədə olması yanaşı, qapıçı Qazaxıstan və Kiprdən də təklif alıb. Miyatoviç "Levski"yə ötən ilin yayında "Buduçnost"dan keçib.

 

Xatırladaq ki, Monteneqro millisi UEFA Millətlər Liqasında Azərbaycan yığmasıyla bir qrupda yer alıb. 

CBCsport
13 Avqust 2020
12 Avqust 2020
B.eÇ.aÇC.aCŞB