TOP 10

Autocity.az 1 yaşında!

Digər
Tarix: 2020-04-25 17:01

Bu gün Autocity.az saytının 1 yaşı tamam olur. Sport24.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin (İAM) növbəti layihəsi olan http://www.autocity.az/ 2019-cu il aprelin 25-də "Formula 1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində istifadəyə verilib. 

 

İlk gündən saytda avtomobil idmanı ("Formula 1", ralli, kartinq, motosiklet) ilə yanaşı, yol hərəkəti qaydaları və qəzalarından bəhs edən gündəlik operativ xəbərlər, müvafiq idman növləri və hadisələr üzrə multimedia materialları (fotosessiya, videolar), araşdırmalar, geniş təhlil və reportajlara yer verilib. Eyni zamanda saytın öz əməkdaşları və mütəxəssislərin fikirləri üçün bloqlar mövcuddur.

 

Saytda avtomobil satışı distribüterləri, maşın bazarları, ehtiyat hissələrinin satış mağazaları və digər obyektlərdən reportajlar hazırlanır, yerli və dünya avtomobil bazarındakı vəziyyətin öyrənilməsi, təhlili aparılır, məşhurlardan müsahibələr götürülür. Sürücülük vəsiqəsi almaq istəyənlər üçün test materialları, avtomobil satışına dair reklam və elanlar üçün saytda imkanlar yaradılıb.

 

Məqsəd Azərbaycanda avtomobil idmanı üzrə yarışları təbliğ etməklə, bu sahədə yerli idmançıların yetişməsinə dəstək olmaq, ən azı 2023-cü ilədək təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisini, avtomobil idmanı ilə bağlı ölkədaxili və beynəlxalq yarışları geniş işıqlandırmaq, retro və yeni avtomobil sərgiləri, yürüşlərindən reportajlar hazırlamaq, yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işləri aparmaq, Azərbaycanın avtomobil sektorundakı nöqsan və çatışmazlıqları üzə çıxarmaq, alqı-satqı elan və reklamlarına yer verməklə, saytı kommersiya platformasına çevirməkdir.

 

Sport24.az kollektivi Autocity.az-ı ilk ad günü münasibətilə təbrik edir, yaradıclıq uğurları arzulayır. 

 

 

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB