TOP 10

"Neftçi" Geryeylə bağlı baş məşqçiylə məsləhətləşəcək, Mahmudovla danışıq aparacaq: "Onlarla razılığa gələcəyik, problem olmayacaq"

Futbol
Tarix: 2020-04-24 16:27

"Əgər qərar verilsə ki futbolçular mövsümü klublarında başa vurmalıdırlar, müqavilə müddətini artırmaq onların borcudur". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin idman direktoru Ceyhun Sultanov deyib.

 

Digər klublar kimi, "Neftçi"də də müqavilə müddəti iyunun sonuna qədər olan bir neçə futbolçu var. Koronavirus pandemiyası səbəbindən dayandırılan mövsüm həmin vaxta qədər yekunlaşmasa, oyunçular iyul ayından etibarən azad agent statusu daşıyacaqlar.

 

Ceyhun Sultanov bu baxımdan problem yaşamayacaqlarını düşünür: "Bəli, müqavilə müddəti iyunun sonuna qədər olan futbolçu həmin vaxtdan sonra ayrıla bilər. Amma onların insafına buraxsaq, hamısı mövsümü tamamlamaq istəyəcək. Bizdə müqavilə müddəti mövsümün sonuna qədər olan 5-6 futbolçu var. Onlarla razılığa gələcəyik, problem olmayacaq. Hələlik çempionatın başlamasını gözləyirik. Hər halda, bununla bağlı PFL-in də qərarı olacaq. Futbolçu mövsüm bitməmiş hara getsə, oynaya bilməyəcək. Buna görə qalıb komandasında mövsümü tamamlayacaq. Qalmaq istəməyən maaşını da almamalıdır".

 

"Neftçi"nin müdafiəçisi Vild-Donald Geryenin komandada qalıb-qalmayacağı hələ də məlum deyil. Haiti millisinin üzvünün müqavilə müddəti yaya qədər olsa da, "flaqman" bunu daha 1 il uzatmaq hüququna malikdi. Sultanov  "Qarabağ"ın da diqqət mərkəzində olan sol cinah oyunçusu ilə bağlı yekun qərarı baş məşqçinin verəcəyini söyləyib: "Gerye ilə bağlı qərar baş məşqçi ilə məsləhətləşdikdən sonra veriləcək. Əgər çalışdırıcı qalmasını istəsə, sözləşməsi uzadılacaq".

 

Klub rəsmisi "Qarabağ"ın istədiyi digər futbolçu kapitan Emin Mahmudovla çempionat bərpa olunduqdan sonra danışıq aparılacağını vurğulayıb: "Eminin komandada qalmasını istəyirik. Amma bu gün hamısının beyni o qədər yorğundur ki, bu barədə danışıq aparmaq istəmirik. Oyunlar bərpa edildikdən sonra danışığımız olacaq".

 

Qeyd edək ki, Mahmudov və gerye ilə yanaşı, "Neftçi"də  Baqali Dabo, Soni Mustivar və Vangelis Platellasın sözləşmə müddəti yaya qədərdir (apasport.az).

 

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB