TOP 10

Elman Rüstəmov Teymur Rəcəbova görə FIDE prezidentinə məktub yazdı

Şahmat
Tarix: 2020-04-24 12:24

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Arkadi Dvorkoviçə məktub ünvanlayıb. Sport24.az xəbər verir ki, məktubda dünyanı bürüyən koronavirus pandemiyası zamanı Rusiyada bütün idman yarışlarının təxirə salındığı yada salınaraq, bununla belə Yekaterinburq şəhərində şahmat üzrə İddiaçılar Turnirinin təşkili barədə yazılıb.

 

Şahmat Federasiyamız FIDE rəhbərliyindən Teymur Rəcəbovun hüquqlarını qorumağı və Azərbaycan şahmatçısını İddiaçılar Turnirinə qaytarmaqla ədaləti bərpa etməyi xahiş edib.

 

Məlumdu ki, Rəcəbov iştirakçıların sağlamlığının təhlükə altına alınması səbəbindən İddiaçılar Turnirinin başqa təxirə salınmasını təklif edib. FIDE bununla razılaşmayaraq Teymuru Maksim Vaşye Laqravla əvəzləyib. Nəticədə koronavirus pandemiyasına görə turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin başqa vaxtda davam etdiriləcəyi açıqlanıb.

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB