TOP 10

İdman jurnalistləri arasında 2020-ci il "AIPS Sport Media Awards" müsabiqəsi elan edilib

Digər
Tarix: 2020-04-22 11:04

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF)  “AİPS Sport Media Awards"ım idman jurnalistləri arasında  ən yaxşı məqalə, foto, video,  audio və jurnalist bloq yazılarınn müsabiqəsini elan etdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər www.aipsawards.com saytında qeydiyyatdan keçərək materialları təşkilatçılara göndərə bilərlər. Materialların son təqdim edilmə tarixi 7 oktyabr 2020-ci ildir. 

 

Hər kateqoriya üzrə ilk 3 yerə layiq görülənlərə müvafiq olaraq 8000, 3000 və 2000 ABŞ dolları mükafat təqdim ediləcək.

 

İdman jurnalistləri arasında "AIPS Sport Media Awards” müsabiqəsinin əsas şərtlərini təqdim edirik:

 

MƏQALƏ

Yazının sərlövhəsi yazılmış məqalənin mövzusunu əhatə etməli, yeniliyi əks etdirən, jurnalist tərəfindən araşdırılma aparılmış və yüksək peşəkarlıqla idman haqqında yazılmış ən yaxşı reportaj, yazı və müsahibə olmalıdır.

 

FOTO

Fotoda müəyyən bir idman yarışında idmançının atletik bacarıqlarını nümayiş etdirən mükəmməl an təsvir edilməlidir. Bu fotolar eyni idman yarışından və ya eyni hadisədən, ya da müxtəlif hadisələrdən, o cümlədən müxtəlif idman yarışlarından ola bilər.

 

VİDEO

Atletin və ya müvafiq bir idman xadiminin imicini təsvir edən videoçarx, idman dünyasının hər hansı bir aspekti haqqında cəlbedici və aşkar bir hekayəni izahedən sənədli film, hər hansı bir idman mövzusunda maraqlı hekayə səslənən, yenilikləri əks etdirən və jurnalist araşdırılması aparılmış 10 dəqiqədən çox olmayan video.

 

AUDİO

İdman mövzusunda olan radio reportaj, podkast, şərh təqdim edilməlidir.

 

JURNALİST VEB-BLOQU

Bu kateqoriyaya yaşı 30-a qədər (1990-cı il yanvarın 1-dən sonra dünyaya gələnlər) olan gənclər müraciət edə bilərlər. Onlar da müsabiqəyə məqalə, video, audio təqdim edə bilərlər. Hər kateqoriya üzrə ilk 3 yerə layiq görülən qaliblərin hər biri karyera qazanmaq imkanı əldə edəcək və böyük beynəlxalq idman tədbirində iştirak edəcək.

 

Xatırladaq ki, bu müsabiqə ilk dəfə olaraq iki il bundan əvvəl təsis edilib. İlk müsabiqənin qalibləri 2019-cu ildə İsveçrənin Lozanna şəhərində  mükafatlandırılıblar. İkinci müsabiqənin  mükafatlandırılma mərasimi bu ilin fevralında Macarıstanın paytaxtı Budapeştdə təşkil edilib. Üçüncü dəfə keçiriləcək müsabiqənin qaliblərinə mükafatlar AIPS-in gələn ilin əvvəlində keçiriləcək növbəti konqresində təqdim ediləcək.

 

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB