TOP 10

Şahmatçılarımız ailə qurur - FOTO

Şahmat
Tarix: 2020-04-19 16:00

Azərbaycanda yeni idman ailəsinin təməli qoyulub. Sport24.az xəbər verir ki, yığmamızın şahmatçıları Nicat Abbasov və Xəyalə Abdulla ailə həyatı quracaq.

 

Bunu xanım şahmatçı sosial şəbəkədəki səhifəsində paylaşıb. Qrossmeysterlər cütlüyü bununla bağlı Bakının Nəsimi rayonu Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbəsinə müraciət edib və nikaha giriblər. 

 

Qeydiyyata koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən maska ilə yollanan şahmatçılar toy mərasimlərini karantin rejimindən sonra keçirməyi planlaşdırır.

 

Qeyd edək ki, hazırda FİDE reytinqində Abasov 2464 xalla 75-ci, Abdulla 2263 xalla 259-cudur.

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB