TOP 10

Evdə qal, şahmatdan qalma - 15 min manatlıq mükafat fondu

Şahmat
Tarix: 2020-04-11 17:00

Azərbaycam Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla karantin dövründə şahmatçıların oyun praktikasının qorunması üçün "Evdə qal, həyatları xilas et" şüarı altında layihəyə start verilir. Sport24.az xəbər verir ki, layihə çərçivəsində ilk olaraq Beynəlxalq Şahmat Federasiyasının və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsüylə internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kuboku təşkil olunacaq.

 

Chess24.com portalı üzərindən keçiriləcək yarışa qeydiyyat 15 aprel saat 22-də başa çatacaq. Yarış aprelin 16-da saat 19-da start götürəcək.

 

İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün 1 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün 1 saniyə əlavə vaxt veriləcək.

 

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edir. Qalib 3000 manat qazanacaq. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1000 azn əldə edəcək. Eyni zamanda 16 yaşadək olan və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün mükafatlar nəzərdə tutulub.

 

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB