TOP 10

UFC turniri təxirə salındı

Boks
Tarix: 2020-04-10 15:30

Aprelin 18-də Nyu-Yorkda keçirilməsi planlaşdırılan UFC turniri baş tutmayacaq. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, turnir, koronavirus pandemiyası səbəbiylə təxirə salınıb. Məlumatı UFC prezidenti Dana Uayt da təsdiqləyib.
 

Turnir çərçivəsində Həbib Nurməhəmmədov amerikalı Toni Ferqussonla döyüşməli idi. Lakin Nurməhəmmədov pandemiya səbəbiylə görüşdən imtina etdiyi üçün onu Castin Geyçi əvəzləmişdi.

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB