TOP 10

İspaniyalı futbolçu: "Bakı" pulumu vermədi, ardından isə dağıldı"

Futbol
Tarix: 2020-04-10 13:00

"Azərbaycan karyeram uğurlu başlamışdı. Lakin sonra işlər istədiyimiz kimi getmədi". Sport24.az xəbər verir ki, bunu "Bakı"nın  ispaniyalı sabiq legioneri Mario Martines Rubio deyib.

 

Keçmiş yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində Azərbaycanda karyerasının qısa alınmasının səbəbini açıqlayıb. Ötən il karyerasını başa vuran Mario "Bakı"nın ona borclu qaldığını açıqlayıb: "Kiprdə çıxış edəndə "Olimpiakos” maaşımı vermirdi, FİFA-ya şikayət etdim, azad agent statusu aldım. Oradan Azərbaycana yollandım. "Bakı"nın heyətində mövsümün ilk yarısı yaxşı keçdi. Heç bir problemim yox idi, hər şey əla idi. Mövsümün ikinci hissəsində daha yaxşı olacağını gözləyirdim ki, tam əksi oldu. Problemlər artdı, burada da pulumu vermədilər, ardından isə komanda dağıldı. Azərbaycandan sonra yollandığım Kolumbiyada da eyni problemi yaşadım. Bir sözlə, çətin dönəmlərdən keçdim".

 

Qeyd edək ki, 35 yaşlı Rubio 2013/14 mövsümünü "Bakı"da (5 oyun, 1 qol) keçirib.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB