TOP 10

Azərbaycanın iddialı klubu panamalı qapıçı transfer etmək istəyir: "Mənimlə əlaqə saxlayaraq hazırkı vəziyyətini soruşdular"

Futbol
Tarix: 2020-04-10 11:07

Türkiyənin I Liqa təmsilçisi "Boluspor" klubunun qapıçısı Orlondo Moskera Azərbaycandan təklif alıb. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə 26 yaşlı panamalı qolkiperin meneceri Tekin Birinci açıqlama verib.

 

O, ölkəmizdən qapıçısına maraq olduğu bəyan edib: "Azərbaycandan iddialı bir klub mənimlə əlaqə saxladı və hazırkı vəziyyətini soruşdu. Mən də hazırda futbolla bağlı danışılacaq bir durumun olmadığını söylədim".

 

Ancaq menecer həmin klubumuzun adını açıqlamayıb. 

 

Qeyd edək ki, Moskeranın 10 matçda 11 qol buraxdığı "Boluspor"la müqaviləsi mövsümün sonunda bitir. Sözləşməyə əsasən, klub istəsə, onunla müqaviləni uzada bilər. 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB