TOP 10

Ozobiç heç vaxt üzləşmədiyi vəziyyətin çətinliklərindən söz açıb: "Xorvatiyada bu virusa yoluxan insanların sayı Azərbaycandan da çoxdu"

Futbol
Tarix: 2020-04-10 12:00

"Əlbəttə, futbolçu üçün futbolsuz qalmaq çox çətindi. Heç vaxt belə bir vəziyyət olmayıb. Arzu edirəm ki, tezliklə hər şey yenidən yaxşı olsun". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın legioneri Filip Ozobiç bildirib.

 

Bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə ölkəmizdə də xüsusi karantin rejimi tətbiq olunub. Bunun daha da sərtləşməsi nəticəsində artıq xüsusi icazə olmadan evdən çıxmaq qadağandı. Ozobiç bu vəziyyətdə günlərini necə keçirməsindən, fiziki formanı saxlamaq üçün ev şəraitində etdiyi məşqdən danışıb: "Hazırda karantin rejimi olduğu üçün hər gün evdə fərdi məşqlər edirəm. Ehtiyac olanda marketə gedirəm. Günün qalan vaxtlarını isə evdə keçirirəm. Komanda ilə birlikdə meydanda məşq etməmək çox çətindir. Buna baxmayaraq, ev şəraitində fərdi məşqlər etmək lazımdı. Düzdür, hamı istəyər ki, futbol olsun, oyunlar keçirilsin. Bununla bel,  sağlamlığı da qorumaq vacidir. Qərarları isə FİFA,UEFA VƏ AFFA verəcək. 

 

2016-cı ildən ölkəmizdə legioner həyatı yaşayan Filip Vətənindəki durum haqda da danışıb: "Xorvatiyayla mütəmadi əlaqə saxlayıram. Dostlarımdan kiminsə bu virusa yoluxmasını eşitməmişəm. Onu da deyə bilərəm ki, Xorvatiyada bu virusa yoluxan insanların sayı Azərbaycandan da çoxdu".

 

Xatırladaq ki, 29 yaşlı Ozobiç 2018-ci ilin yayında "Qarabağ"ə gələnədək 2 mövsüm "Qəbələ"də çıxış edib.  

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB