TOP 10

"Keşlə"dən "Siz evdə qalın, biz sizə gələk" kampaniyası - FOTOLAR

Futbol
Tarix: 2020-04-10 10:17

"Keşlə" Futbol Klubu Nərimanov və Nizami rayon İcra Hakimiyyətləri ilə birlikdə "Siz evdə qalın, biz sizə gələk" adlı kampaniya keçirib. Sport24.az xəbər verir ki, aprelin 9-da Nərimanov və Nizami rayonları ərazisində yaşayan 200 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb.

 

Aksiyada klubun işçi heyəti, əsas komandanın məşqçilər korpusu və futbolçular iştirak ediblər.

 

Qeyd edək ki, klubumuzun nümayəndələri görüş zamanı həmçinin profilaktik tədbirlərin vacibliyini bildiriblər və vətəndaşlarımıza Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırıblar.

 

Göstərilən diqqətə görə aztəminatlı ailələrin üzvləri "Keşlə"yə minnətdarlıqlarını ifadə ediblər.

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB