TOP 10

Çempionat iyunun 10-dan tez bərpa olunmayacaq

Dünya Futbolu
Tarix: 2020-04-10 10:30

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış Şotlandiya çempionatında məcburi fasilə dönəminin müddəti uzadılıb. Sport24.az xəbər verir ki, sözügedən ölkənin yüksək liqasında oyunlar iyunun 10-dan tez bərpa olunmayacq,
 

Bu barədə Şotlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, çempionatın aqibəti ilə bağlı ötən gün federasiya rəhbərliyi klublarla birgə videokonfrans keçirib. Müzakirələrdən sonra futbolçuların, məşqçilərin və digər işçi heyətinin təhlükəsizliyi naminə bütün futbol qarşılaşmalarının iyunun 10-na qədər təxirə salınmasına qərar verilib.


Xatırladaq ki, federasiya daha öncə yüksək liqa istisna olmaqla, digər bütün çempionatların başa çatdırılacağını, liderlərin çempion elan olunacağını açıqlamışdı. Buna sözügedən birinciliklərdə çıxış edən klublar arasındakı səsvermə sayəsində qərar veriləcək.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB