TOP 10

Messidən transfer iddialarına cavab, Ronaldinyo ilə bağlı təkzib

Dünya Futbolu
Tarix: 2020-04-10 10:00

İspaniya nəhəngi “Barselona”nın argentinalı hücumçusu Lionel Messi İtaliyanın “İnter” klubuna transfer olunacağına dair xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, “İnstaqram” hesabında Milan klubuna keçəcəyi barədə bir xəbəri paylaşan ulduz futbolçu, “yalan xəbər” şərhini yazıb.
 

O, ölkəsinin “Newell's Old Boys” klubuna gedəcəyinə dair iddiaları da təkzib edərək, “çox şükür ki, bunlara kimsə inanmır” sözlərini qeyd edib.


32 yaşlı hücumçu braziliyalı sabiq futbolçu Ronaldinyonun ev həbsinə buraxılması üçün pul ödədiyinə dair xəbərlərin də həqiqəti əks etdirmədiyini bəyan edib.


Qeyd edək ki, son dövrlərdə Messinin “Barselona” rəhbərliyi ilə problemlər yaşadığı və bu üzdən də karyerasını başqa klublarda davam etdirmək istədiyinə dair xəbərlər yayılmaqdadı.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB