TOP 10

Azərbaycan cüdoçularından əhaliyə çağırış - VİDEO

Cüdo
Tarix: 2020-04-09 22:32

Azərbaycan Cüdo Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda videoçarx hazırlayıb. Sport24.az xəbər verir ki, videoçarxda milli komanda üzvlərindən Məmmədəli Mehdiyev, dünya və Avropa mükafatçıları Nıcat Şıxəlizadə ilə Orxan Səfərov, həmçinin, Avropa çempionu, olimpiya və dünya mükafatçısı Rüstəm Orucov çəkiliblər. 


Cüdoçular əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa, koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmaması üçün həmrəyliyə səsləyiblər.


Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün onlar əhaliyə “#Evdeqal” mesajını veriblər.


CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB