TOP 10

Müzakirələr onlayn, üzv sayı 80-ə yaxın oldu

Futbol
Tarix: 2020-04-09 20:17

"Mart ayında karantin dövrü başlayandan İdarə Heyəti olaraq iclaslarımızı onlayn şəkildə davam etdiririk. Demək olar həftədə ən azı 2 dəfə iclaslarımızı edirik. Sonuncu dəfə dünən iclasımız oldu". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev bildirib.

 

Məlumdur ki, karantin dövrünədək qurumun İdarə Heyətinin üzvləri mütəmadi bir araya gələrək iclaslar keçirir, müəyyən məsələlərə, o cümlədən üzvlüklə bağlı müraciətlərə baxırdı. Mehdiyevin sözlərinə görə, hazırda bu prosesi onlayn şəkildə davam etdirirlər: "Üzvlüklə bağlı yeni müraciət edənlərin məsələsi müzakirə olundu. Onlayn olaraq 2,5 saat davam edən iclasda yeni üzvəri qəbul elədik və onların hər birinə bununla bağlı e-mail göndəriləcək. Artıq üzvlərimizin sayı 80-ə yaxındı".

 

Federasiya prezidenti qarşıdakı iclaslarda başqa tədbirlərlə bağlı müzakirələr aparacaqlarını diqqəitmizə çatdırıb: "Hazırkı virtual şəraitdə hansı tədbirlər edə biərik, onları müzakirə edəcəyik. Çalışacağıq karantin dövrü bitəndə federasiya bəzi məsələləri artıq onlayn olaraq müzakirə etmiş olsun ki, həmin vaxt tədbirlərlə bağlı diskussiyalara vaxt itirməyək".

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB