TOP 10

Paytaxt klubu yeni baş məşqçisini rəsmən açıqladı

Dünya Futbolu
Tarix: 2020-04-09 19:30

Almaniyanın “Herta” klubunda gözlənilən təyinat rəsmiləşib. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi Bruno Labbadianı baş məşqçi postuna gətirib. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 

54 yaşlı mütəxəssis qarşıdakı günlərdə işinə başlayacaq və komandanı mövsümün qalan 9 matçına hazırlayacaq. Ona Erdinç Sözer və Olaf Yanssen yardımçı məşqçi kimi kömək edəcək.


Labbadia daha əvvəl Almaniyada “Bayer”, “Hamburq”, “Ştutqart”, “Volfsburq” kimi klubları çalışdırıb.


Hazırda Bundesliqanın 13-cü sırasında qərarlaşan “Herta”nı Aleksandr Nuri çalışdırır.


 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB