TOP 10

AİJF prezidenti: “İnanırıq ki, hökumət bu xahişimizi müsbət həll edəcək”

Digər
Tarix: 2020-04-09 16:27

"Məlumdur ki, idman yarışlarının bir çoxu təxirə salınıb, ya da ümumiyyətlə, ləğv olunub. Digər media orqanlarından fərqli olaraq, idman mətbuatında hazırda susqunluq hökm sürür, idman yarışı yoxdu. İdman mediası mövzu qıtlığı yaşayr. Eyni zamanda qəzet satışı dayandığı üçün idman qəzetlərində maliyyə problemi yaranır. Saytlarda isə həm İP, həm reklam baxımından qarşıda problemlər ola bilər. İdman saytları sağ olsun, heç biri belə vəziyyətdə əməkdaşlarını işdən çıxarmır, axıradək də onlarla işbirliyini davam etdirir. Yaranmış belə bir vəziyyətdə düşündük ki, bir federasiya olaraq idman mediasına dəstək baxımından, bu karantin dövründə idman yarışları bərpa olunana qədər bu sahə üzrə fəaliyyət göstərən idman mediasının həm vergi, həm də DSMF ödənişlərinin müvəqqəti olaraq ləğv olunmasıyla bağlı hökumətə müraciət edək". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev bildirib. 


Bu ilin yanvarında yaradılan həmin qurumun Baş Nazir Əli Əsədova ünvanladığı məktubda hazırda kütləvi oxucu auditoriyasını itirən idman mediası maliyyə çətinliyi ilə üzləşdiyi, əməkdaşlarına əmək haqqını ödəməkdə çətinlik çəkən idman qəzetləri və saytlarının bu çətin dövrdə fəaliyyətini davam etdirməsi üçün hökumətin dəstəyinə ehtiyac duyduğu göstərilib. Mehdiyevin sözlərinə görə, müraciətlərinə müsbət cavab verilməsi mümkündü və bu, idman mediasının fəaliyyətinə, ayaqda qalmasına dəstək ola bilər: "Məlum olduğu kimi, digər sahələr üzrə fəaliyyət göstərən çap və elektron mətbu orqanlarından fərqli olaraq, idman üzrə ixtisaslaşmış sayt və qəzetlər KİVDF-dən dotasiya almır. İnanırıq ki, hökumət səsimizə səs verəcək, bunu müzakirə edəcək. Mümkün olsa, müraciətimizə müsbət cavab verərək həmin ödənişləri ləğv edəcək. Bu da idman mediasına müsbət təsirini gostərəcək. Hökumət bu dəqiqə hər şeyə həssas yanaşır. Həm əhali, həm də bütün təşkilatların fəaliyyəti üçün dəstək olmağa çalışır, əlindən gələni edir. Əslində, hazırkı vəziyyətdə hərə bir tərəfdən hökumətə dəstək olmalıdı. Biz də fikirləşirik ki, hökumətdən maliyyə yardımı istəməkdənsə, idman mediasının müvəqqəti olaraq bu ödənişlərdən azad olunmasını təklif edək. Zənnimcə, bu elə də böyük bir məbləğ etmir. Buna görə inanırıq ki, müsbət həllini tapa bilər. Güzəşt reallaşarsa, bu, vergi və DSMF ödəyicisi olan media orqanlarına tətbiq edilə bilər və hazırda qanuni, rəsmi fəaliyət göstərən media qurumlarına bir faydası olacaq. İnanırıq ki, hökumət bu xahişimizi müsbət həll edəcək". 

 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB