TOP 10

“Beşiktaş” legioneriylə yollarını ayırdı

Dünya Futbolu
Tarix: 2020-04-09 15:00

Türkiyənin “Beşiktaş” klubu futbolçusu Pedro Reboşo ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İcarə əsasında “Beşiktaş”da forma geyinən və müqaviləsi mövsümün sonuna qədər olan Reboşo ilə müqaviləyə xitam verilib.


“Beşiktaş” portuqaliyalı futbolçunun menecerinə bu haqda məlumat verib və Reboşoya karyerasında uğurlar arzulayıb.


“Beşiktaş” 25 yaşlı müdafiəçini Fransanın “Genqam” klubundan icarəyə götürmüşdü. Reboşo, Super Liqada 9 oyunda iştirak edib.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB