TOP 10

Bakıdakı tarixi matçın keçirildiyi gün: "İmperator"un qələbəsi, "dazbaş"ın reydlərinin səbəb olduğu gurultulu transfer...

Futbol
Tarix: 2020-04-09 14:09

Müstəqil Azərbaycanın futbol tarixinə düşən 9 aprel. İlk baxışdan bu gün heç nə demir. Ancaq 1996-cı ilin məhz bu günündə futbolumuzda özünəməxsus yer tutan bir matç oldu. Söhbət Azərbaycanla Türkiyə milli komandaları arasında keçirilən yoldaşlıq görüşündən gedir. Bəli, düz 24 il öncə, onda da Şərq təqviminə görə "Siçan ili" idi. Bu matçın əsas özəlliyi Bakıda keçirdiyi ilk beynəlxalq futbol matçının olmasıdı.

 

Məlumdur ki, Azərbaycan yığmasının tarixi 1992-ci ilin sentyabrın 17-də Gürcüstan yığmasıyla səfərdə keçiridyi yoldaşlıq görüşüylə (3:6) başlayır. Bundan1 il sonra həmin rəqibi Azərbaycanda qəbul etsək də, bu, paytaxtdan kənarda - 2-ci ən böyük şəhərimiz Gəncədə olmuşdu və 1:0 hesablı qələbəmizlə nəticələnmişdi. 1994-cü ildə isə AFFA FİFA və UEFA-ya üzv qəbul olunandan seçmə mərhələyə buraxılsaq da, ölkədə siyasi-ictimai vəziyyətin gərgin olmasıyla əlaqədar matçların Azərbaycanda keçirilməsinə icazə verilmədi. Belə olan halda, millimiz debüt tsikli olan AVRO-96-da matçlarını Türkiyənin Trabzon şəhərində keçirməli oldu. 

 

Nəhayət, 1996-cı ildə beynəlxalq futbol qurumlarından Azərbayycanda oynamaqla bağlı rəsmi icazə gəldi və növbəti seçmə mərhələyədək Bakıda Türkiyə yığmasıyla yoldaşlıq görüşü təşkil olundu. Millimizin demək olar bütün legionerləri bu oyuna gəlmişdilər. Bunlar müdafiəçilər Emin Ağayev, İqor Getman (hər ikisi "Anji", Rusiya), Deni Qaysumov ("Sokol", Rusiya), yarımmüdafiəçilər Vladislav Nosenko ("Krivbass", Ukrayna), Şahin Diniyev ("Beytar", İsrail), Vladislav Qədirov ("Arsenal", Rusiya), hücumçular Nazim Süleymanov ("Alaniya, Rusiya), Vəli Qasımov ("Albasete", İspaniya) Yalnız Aleksandr Jidkov ("Hapoel", İsrail) ayağında cərrahiyyə əməliyyatı olunduğu üçün Bakıya gələ bilməmişdi. Türkiyə yığması isə ulduz futbolçularını ölkəmizə gətirməyərək yeni oyunçuları bu matçda sınamağa qərar vermişdi. Onlar arasında sonradan ən məşhur olan futbolçu "Qalatasaray"la UEFA Kubokunu, Türkiyə yığmasınyla dünya çempionatının bürünc medalını qazanan yarımmüdafiçi Ümit Davala oldu. 

 

Bəli, həmin gün Azərbaycan paytaxtına böyük futbol bayramı gəlmişdi. İki qardaş ölkənin milli komandaları tarixdə ilk dəfə görüşürdü. Respublika stadionunda 36 min azarkeş "Barramınız mübarək" sədalarıyla bu görüşü izləyirdi. Maraqlı, gərgin mübarizə şəraitinndə keçən matçda 1 qol vuruldu. Qonaqlara qələbəni həmin vaxt "Gənclərbilri"nində çıxış eədn müdafiəçi Rahim Zəfər fasilədən az sonra künc zərbəsindən başla vurduğu qolla gətirdi. Bundan sonra millimiz üstünlüyə malik olsa da, Nazim Süleymanov, Vəli Qasımov, Emin Ağayev əinə düşən qol imkanlarından istifadə bilmədi. Yunis Hüseynovun 18 metrdən vurduğu cərimə zərbəsi də yaddaqalan oldu. Ancaq zərbə qapı dirəyinin yanından keçdi.

 

Həmin matçda millimizin heyətində ən yaxşı futbolsu sözsüz ki, Vyaçeslav Lıçkin idi. Həmin vaxt "Neftçi"də çıxış edən Slava təkcə saçını keçəl etməsiylə yox. oyunuyla da diqqət çəkdi. Lıçkin xüsusilə reydləri ilə matçı izləyənləri valeh edirdi. Və ən əsası, bu matçdan sonra oyunu türklərin diqqətini çəkdi və "dazbaş" futbolçumuz 23 yaşında Türkiyənin Super Liqasının ən iddialılarından olan "Trabzonspor"a transfer olundu. Lakin təəssüf ki, həmin öllədə ilk legionerimiz olan Vyaçeslav bu şansdan yaxşı istifadə etmədi və cəmi 1 oyun keçirərək elə həmin mövsümdə Vətəninə qayıtdı.

 

Həmin vaxt millimizn baş məşqçis olan Kazbek Tuayev bu qeyri-rəsmi matçda uduzsa da, az sonra məhz bu arenada həmin milliylə (DÇ-98-də İsveçrə üzərində 1:0) və eyni zamanda çalışdırdığı "Neftçi"ylə (UEFA Kubokunda Sofiya "Lokomoytiv"i üzərində 1:0) Avropada tarix qələblər qazanaraq ilkə imza atdı. Türkiyə yığmasını isə  Bakıya məşhur Fatih Terim gətirmişdi. Bu, "İmperator" ləqəbli bu baş məşqçinin komandasının ilk dəfə çıxdığı AVRO-96-nın final mərhələsi çərçivəsində son sınaqlarından biri idi. Terimin köməkçilərindən biri qapıçılarla işləyən məşqçi Rasim Karanın isə daha sonralar Azərbaycana yenidən yola düşdü. Ancaq bu dəfə işləməklə bağlı. Məlumdur ki, Kara iki müxtəlif vaxtda "Xəzər Lənkəran"ı çalışdırıb, habelə, "Qarabağ"ın baş məşqçisi olub. Ölkəmizdə ilk medal qazanan əcnəbi mütəxəssis də məhz Kara olub - 2014/15 mövsümündə "Xəzər Lənkəran"la gümüş mükafat.

 

 

Beynəlxalq yoldaşlıq görüşü

1996-cı il

9 aprel

Azərbaycan - Türkiyə - 0:1

Qol: R.Zəfər, 48

Baş hakim: Serqo Kvaratsxeliya (Gürcüstan)

Vərəqələr: Rasim Abuşov, 60. Deni Qaysumov, 80 - Vədat İncəəfə, 54

Azərbaycan: Elxan Həsənov, İqor Getman, Deni Qaysumov, Tərlan Əhmədov, Vyaçeslav Lıçkin, Rasim Abuşov (Vladislav Nosenko, 60), Emin Ağayev, Şahin Diniyev (Yunis Hüseynov, 57), Vladislav Qədirov (Vidadi Rzayev, 46), Nazim Süleymanov (k), Vəli Qasımov.

 

Türkiyə: Sanver Göymən (Adnan Ərkan, 46), Cüneyt Aksu, Ərkan Avserən, Vədat İncəəfə, Rahim Zəfər, İbrahim Köşəoğlu, Ümit Davala, Səlahəddin Özbir (Osman Akyol, 46), Faruk İgit (Ərbil Özəl, 80), Əngin Özdəmir (Mehmet Əli Yonca, 85), Saffet Akyüz.

 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 36 min tamaşaçı.

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB