TOP 10

UEFA Bakının da ev sahibi olduğu AVRO-2020-nin təşkilatçı şəhərlərini azaldır

Dünya Futbolu
Tarix: 2020-04-09 11:44

Koronavirus pandemiyası üzündən ağır vəziyyətə düşən Avropa futbolunun xilas yollarını axtaran UEFA daha bir problemlə üzləşib. Sport24.az Rusiya xəbər verir ki, 2021-ci ilə təxirə salınan AVRO-2020-nin final mərhələsinin ev sahiblərindən bəzilərinin yarışı qəbul etməsi sual altına düşüb.

 

Buna görə də UEFA 12 ölkədə, o cümlədən Bakıda təşkil olunması planlaşdırılan yarışın ev sahiblərinin sayının azaldılması variantlarını müzakirə etməyə başlayıb. Qitə futbol qurumu bəzi şəhərlərin koronovirusdan sonra mötəbər yarışı qəbul etmək gücündə olacağına əmin deyil. Bu səbəbdən də təşkilatçı şəhərlərin sayının da azalması istisna edilmir.

 

Məlumatda bildirilir ki, İspaniya və İtaliya futbol federasiyaları AVRO-2020-yə hazır ola biləcəklərinə şübhə etdiklərini gizlətmirlər. Belə ki, hər iki ölkədə böyük sayda insan ölümü və iqtisadiyyata dəyən zərbə federasiyalara da şübhələrlə üz-üzə qoyub. Digər tərəfdən təqvim də UEFA-ya çətinlik yarada bilər. Çünki bəzi stadionlarda 2021-ci ilin yayında digər tədbirlər planlaşdırılıb.

 

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin oyunları London (İngiltərə), Münhen (Almaniya), Bakı (Azərbaycan), Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Amsterdamda (Niderland) keçirilməlidir.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB