TOP 10

Premyer Liqa oyunçularından yardım kampaniyası

Dünya Futbolu
Tarix: 2020-04-09 11:30

İngiltərə Premyer Liqasında top qovan futbolçular koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda yardım kampaniyasına start veriblər. Sport24.az xəbər verir ki, bunu “Liverpul”un kapitanı Cordan Hendersonla onun “Mançester Yunayted”dəki həmkarı Harri Maquayr açıqlayıb.


Onlar “Futbolçular birlikdə” adlı fond yaratdıqlarını və İngiltərə çempionatında oynayan bütün həmkarlarını yardım etməyə çağırıblar.


Fonda toplanacaq pul səhiyyə işçilərinə, könüllülərə və koronavirusdan daha çox əziyyət çəkən imkansız ailələrə dəstək üçün xərclənəcək.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB