TOP 10

Premyer Liqa tarixinin 10 ən yaxşı transferi açıqlandı

Dünya Futbolu
Tarix: 2020-04-09 11:00

Futbol üzrə İngiltərə çempionatları tarixində gerçəkləşmiş ən yaxşı transferlərin siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, ESPN tərəfindən açıqlanan siyahıda karyerasını bitirən futbolçularla yanaşı, hazırda top qovan oyunçular da var.


Maraqlıdı ki, TOP-10-da yalnız “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” klublarının transferləri yer alıb. 


Həmin transferlərin siyahısını təqdim edirik:


1. Tyeri Anri (“Yuventus”dan “Arsenal"a) - 14,5 milyon funt-sterlinq
2. Frenk Lempard ("Vest Hem" – "Çelsi") - 14,4 milyon
3. Patrik Viyera ("Milan" – "Arsenal") - 4,8 milyon
4. Serxio Aquero ("Atletiko" – "Mançester Siti") - 36 milyon
5. Eden Hazard ("Lill" - "Çelsi") - 31,5 milyon
6. Erik Kantona ("Lids" – "Mançester Yunayted") - 1,6 milyon
7. Ueyn Runi (“Everton" – "Mançester Yunayted") - 33,3 milyon
8. Kristiano Ronaldo ("Sportinq" – "Mançester Yunayted”) - 17,1 milyon
9. Roy Kin ("Nottingem Forest" – "Mançester Yunayted") - 7,7 milyon
10. Didye Droqba ("Marsel" – "Çelsi") – 34,7 milyon

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB