TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - titanların döyüşü "Qızıl tur"a yol açdı

Futbol
Tarix: 2020-04-06 19:18

Sport24.az və Football24.az-ön birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" bilik yarışmasının on dördüncü turunun sonuncu - dördüncü turu "Sabah" (Ruslan Abışov) və "Neftçi" (Aqil Məmmədov) arasında oldu. Bu matç həlledici ola bilərdi. Tərəflərdən biri qalib gələcəyi təqdirdə çempion olacaqdı. Heç-hemə olacağı halda "qızıl"ı "Zirə" götürəcəkdi. Yalnız hər iki oyunçunun ideal cavabları ilə çempionatda fors-major vəziyyət yaranacaqdı - birdən-birə 3 komanda eyni miqdarda xal toplayacaqdı...

 

Qeyd edək ki, ilk iki sual 14-cü turdakı bütün iştirakçılar üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Sabah" (Ruslan Abışov)

1. Avrokubok oyunlarında 7 dəfə fərqlənib. Onun vurduğu qollardan sonra klublarımız avrokubok oyunlarında məğlub olmayıblar. Bu azərbaycanlı futbolçu kimdir?

- Rəşad Sadıqov.

 

2. Azərbaycan Kubokunun tarixi ərzində finallar Bakıdan kənarda üç şəhərdə keçirilib. Son illərdə Qəbələ və Naxçıvan idi. Kubok finalını paytaxtdan kənarda ilk dəfə qəbul edən hansı şəhərdi?

- Sumqayıt. 

 

3. "Sabah" bu mövsüm ən çox xalı hansı komanda ilə görüşlərdə toplayıb?
- "Səbail"lə. 

 

 

"Neftçi" (Aqil Məmmədov)

1. Avrokubok oyunlarında 7 dəfə fərqlənib. Onun vurduğu qollardan sonra klublarımız avrokubok oyunlarında məğlub olmayıblar. Bu azərbaycanlı futbolçu kimdir?

- Rəşad Sadıqov.

 

2. Azərbaycan Kubokunun tarixi ərzində finallar Bakıdan kənarda üç şəhərdə keçirilib. Son illərdə Qəbələ və Naxçıvan idi. Kubok finalını paytaxtdan kənarda ilk dəfə qəbul edən hansı şəhərdi?

- Sumqayıt. 

 

3. 2012/13 mövsümündə "Neftçi" Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə tarixi uğur qazandı. Lakin artıq növbəti mövsümdə bu klub uğursuzluğa düçar olaraq Avropada ilk mərhələdəcə mübarizədən kənar qaldı. Bu, hansı komandayla matçda baş verdi?
- "Skenderbeu".

 

 

"Sabah" (Ruslan Abışov) - "Neftçi" (Aqil Məmmədov) - 3:3
 

Hər iki iştirakçı parlaq bilik ustalığını nümayiş etdirərək, bütün suallara düzgün cavab verdi. Bu isə o deməkdir ki, iştirakçıların hər birinə 2 xal qazandıran super heç-heçə oldu. Beləliklə, çempionatın sonuna birdən-birə 3 komanda - "Zirə", "Neftçi" və "Sabah" ən yaxşı xal baqajıyla gəldi. Bu üç komanda arasında hər bir iştirakçıya 10 sual veriləcək "Qızıl tur" keçiriləcək. Bu turun nəticələrinə əsasən çempionatı kimin hasnı yerdə başa vuracağı bəlli olacaq. Hələliksə...Macəra davam edir.
 

 

 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB