TOP 10

FİFA yeni qərara hazırlaşır

Dünya Futbolu
Tarix: 2020-04-06 17:30

FİFA koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatlarla bağlı yeni qərar verməyə hazırlaşır. Sport24.az “The Athletic”ə istinadən xəbər verir ki, qurum, yerli çempionatları ləğv etmək fikrində deyil. FİFA bütün federasiyaların çempionatın bitmə vaxtını müstəqil olaraq müəyyənləşdirməsinə icazə verəcək. Pandemiyanın yaratdığı vəziyyətin hər ölkədə fərqli olması səbəbiylə, FİFA bütün ölkələr üçün eyni tarixin elan edilməsinin yanlış olacağını düşünür.


Bundan başqa, iyunun sonunda klubları ilə müqaviləsi bitəcək futbolçulara sözləşməni mövsüm tamamlanana qədər yeniləmək imkanı yaradılacaq. Eyni zamanda, qurumun transfer pəncərəsinin vaxtını da dəyişdirməsi gözlənilir.


Məsələylə bağlı rəsmi qərarın yaxın günlərdə açıqlanması gözlənilir.

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB