TOP 10

"Qarabağ"a Türkiyədən rəqib çıxdı

Futbol
Tarix: 2020-04-06 17:00

"Fənərbaxça"nın futbolçusu Alper Potukun gələcək karyerası müəmmalı olaraq qalır. Sport24.az xəbər verir kİ, cari mövsümün sonunda İstanbul təmsilçisi ilə yollarını ayıracaq Türkiyə millisinin sabiq üzvü ölkəsində qala bilər.

 

29 yaşlı hücumameyilli oyunçu "Qarabağ"dan sonra bu dəfə "Göztəpə"nin diqqət mərkəzinə düşüb. "Fənərbaxça" ilə müqavilə müddəti bitmək üzrə olan Alperin mövsümün sonunda sərbəst futbolçu olması Azərbaycan çempionu kimi İzmir klubunu da həvəsləndirir.

 

Ancaq Super Liqa təmsilçisi bu keçidin baş tutma ehtimalının az olduğunu düşünür. Bu üzdən B variantı kimi, "Deportivo"nun yarımmüdafiəçisi Əmrə Çolakla danışıqlar aparılır. "Deportivo"dan ayrılmaq istəyən Əmrənin "Göztəpə"yə transferi daha real görünür.

 

Qeyd edək ki, "Qarabağ" qış fasiləsində Potuku icarəyə götürmək istəsə də, son anda razılıq əldə olunmayıb.
 

  •  
CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB