TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Zirə" birinci pilləyə qalxdı

Futbol
Tarix: 2020-04-06 18:00

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatının on dördüncü turu "Zirə" (Cavid Hüseynov) və "Səbail" (Rahid Əmirquliyev) arasında olub.
 

Qeyd edək ki, ilk iki sual 14-cü turdakı bütün iştirakçılar üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.
 

 

"Zirə" (Cavid Hüseynov)

1. Avrokubok oyunlarında 7 dəfə fərqlənib. Onun vurduğu qollardan sonra klublarımız avrokubok oyunlarında məğlub olmayıblar. Bu azərbaycanlı futbolçu kimdir?

- Rəşad Sadıqov.

 

2. Azərbaycan Kubokunun tarixi ərzində finallar Bakıdan kənarda üç şəhərdə keçirilib. Son illərdə Qəbələ və Naxçıvan idi. Kubok finalını paytaxtdan kənarda ilk dəfə qəbul edən hansı şəhərdi?

- Sumqayıt. 

 

3. Zaur Həşimovun "Zirə"nin baş məşqçisi postunda debütü hansı komandaya qarşı baş verib?
- "Neftçi"yə qarşı. Həmin oyunda 0:3 hesabı ilə məğlub olduq.

 

 

"Səbail" (Rahid Əmirquliyev)

1. Avrokubok oyunlarında 7 dəfə fərqlənib. Onun vurduğu qollardan sonra klublarımız avrokubok oyunlarında məğlub olmayıblar. Bu azərbaycanlı futbolçu kimdir?

- Rəşad Sadıqov.

 

2. Azərbaycan Kubokunun tarixi ərzində finallar Bakıdan kənarda üç şəhərdə keçirilib. Son illərdə Qəbələ və Naxçıvan idi. Kubok finalını paytaxtdan kənarda ilk dəfə qəbul edən hansı şəhərdi?

- Sumqayıt. Hətta onu xatırlayıram ki, final "Şəfa" və "Neftçi" arasında keçirilib. 

 

- Bu mövsüm "Səbail"in qapısına neçə penalti təyin olunub?

- Bir dəfə. "Sumqayıt"ın futbolçusu Əmir Ağayevin bunu dəqiq yerinə yetirə bilməmişdi. 
 

 

"Zirə" yenə parlaq çıxış etdi! Cavid Hüseynov heç bir sualı tanımır. "Qartallar"ın kapitanı Rahid Əmirquliyevə şans verməyib. Bəli, "Səbail"in kapitanı super heç-heçəni xilas edə bilərdi, amma vurduğu qollardan sonra klublarımızın heç vaxt uduzmadığı Rəşad Sadıqovu xatırlamadı. Yeri gəlmişkən, Sadıqov bu 7 qolu "Neftçi" və "Qarabağ"ın heyətində vurub.

 

Beləliklə, "Zirə" qalib gələrək turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Ancaq "Sabah" və "Neftçi"nin şəxsi görüşü qalıb, onların isə "Zirə"ylə xal fərqi 2-di.

 

 

 

 

"Zirə" (Cavid Hüseynov) - "Səbail" (Rahid Əmirquliyev) - 3:2
 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB