TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Qəbələ" mövqeyini qorudu

Futbol
Tarix: 2020-04-06 16:12

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatının on dördüncü turunun ikinci cütündə "Sumqayıt" (İlqar Qurbanov) və "Qəbələ" (Asif Məmmədov) görüşüb.

 

Qeyd edək ki, ilk iki sual 14-cü turdakı bütün iştirakçılar üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Sumqayıt" (İlqar Qurbanov)

1. Avrokubok oyunlarında 7 dəfə fərqlənib. Onun vurduğu qollardan sonra klublarımız avrokubok oyunlarında məğlub olmayıblar. Bu azərbaycanlı futbolçu kimdir?

- Rəşad Sadıqov.

 

2. Azərbaycan Kubokunun tarixi ərzində finallar Bakıdan kənarda üç şəhərdə keçirilib. Son illərdə Qəbələ və Naxçıvan idi. Kubok finalını paytaxtdan kənarda ilk dəfə qəbul edən hansı şəhərdi?

- Sumqayıt. 

 

3. "Sumqayıt"ın "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatındakı ilk oyunu hansı hesabla başa çatıb?
- 3:2 hesablı qələbə qazanmışam. 

 

 

"Qəbələ" (Asif Məmmədov)

1. Avrokubok oyunlarında 7 dəfə fərqlənib. Onun vurduğu qollardan sonra klublarımız avrokubok oyunlarında məğlub olmayıblar. Bu azərbaycanlı futbolçu kimdir?

- Rəşad Sadıqov.

 

2. Azərbaycan Kubokunun tarixi ərzində finallar Bakıdan kənarda üç şəhərdə keçirilib. Son illərdə Qəbələ və Naxçıvan idi. Kubok finalını paytaxtdan kənarda ilk dəfə qəbul edən hansı şəhərdi?

- Sumqayıt. 

 

3. "Qəbələ"nin "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatındakı ilk oyunu hansı hesabla başa çatıb?

- 1:3 hesabıyla məğlub olmuşam. 
 

 

Hər iki iştirakçı ümumi sualların öhdəsindən əla gəldi. Ancaq bax, yaddaş ... Nə İlqar Qurbanov, nə də Asif Məmmədov ilk dövrədə öz aralarındakı keçirilmiş matçın nəticəsini düzgün xatırlaya bildi. Həmin matçda "Sumqayıt" 2:0 hesabıyla qalib gəlmişdi.


Bu heç-heçə "Qəbələ"nin "Sumqayıt"a onu keçməsinə imkan verməyərək, çempionatı 5-ci yerdə başa vurmasına səbəb oldu.


 

 

 

"Sumqayıt" (İlqar Qurbanov) - "Qəbələ" (Asif Məmmədov) - 2 2
 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB