TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Qarabağ" "qapını bərk çırpdı"

Futbol
Tarix: 2020-04-06 14:07

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatının sonuncu - 14-cü turu "Qarabağ" (Qara Qarayev) - "Keşlə" (Tərlan Quliyev) matçı ilə başlayır.
 

Qeyd edək ki, ilk iki sual 14-cü turdakı bütün iştirakçılar üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Qarabağ" (Qara Qarayev)


1. Avrokubok oyunlarında 7 dəfə fərqlənib. Onun vurduğu qollardan sonra klublarımız avrokubok oyunlarında məğlub olmayıblar. Bu azərbaycanlı futbolçu kimdir?

- Rəşad Sadıqov. Bütün qollarını xatırlamıram, amma dəqiq yadımdadır ki, Rəşad "Slovan"la matçda son dəqiqələrdə qol vurdu və matç 2:2 hesabıyla başa çatdı.

 

2. Azərbaycan Kubokunun tarixi ərzində finallar Bakıdan kənarda üç şəhərdə keçirilib. Son illərdə Qəbələ və Naxçıvan idi. Kubok finalını paytaxtdan kənarda ilk dəfə  qəbul edən hansı şəhərdi?

- Sumqayıt.

 

3. "Qarabağ"ın Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatındakı ilk oyunu hansı hesabla başa çatıb?
- (gülür) Bu çempionatda "Keslə" ilə 1:1 oynadım. 28-ci çempionatın açılış matçında 1:0 hesabı ilə qalib gəldik.
 

 

"Keşlə" (Tərlan Quliyev)

1. Avrokubok oyunlarında 7 dəfə fərqlənib. Onun vurduğu qollardan sonra klublarımız avrokubok oyunlarında məğlub olmayıblar. Bu azərbaycanlı futbolçu kimdir?

- Əfran İsmayılov.

 

2. Azərbaycan Kubokunun tarixi ərzində finallar Bakıdan kənarda üç şəhərdə keçirilib. Son illərdə Qəbələ və Naxçıvan idi. Kubok finalını paytaxtdan kənarda ilk dəfə  qəbul edən hansı şəhərdi?

- Gəncə.

 

3. "Keşlə"nın Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatındakı ilk oyunu hansı hesabla başa çatıb?
- 2:1 hesabı ilə qalib gəldim.

 

Qara Qarayev yenə də əla çıxış etdi. Bir daha təkrar edirik ki, "Qarabağ"ın yarımmüdafiəçisi ilk dövrədə də belə yaxşı oynasaydı - hansı ki 6 turdan sonra bir qələbəsi belə yox idi - indi çempionluğa əsas namizədlərindən biri olardı. Qarayev hər 3 suala düzgün cavab verdi. Lakin rəqibi yenə bütün suallara uğursuz cavab verdi

 

 

 

"Qarabağ" (Qara Qarayev) - "Keşlə" (Tərlan Quliyev) - 3:0

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB