TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - medalçıları qarşılayın!

Futbol
Tarix: 2020-04-06 12:24

Sport24.az və Football24.az-ın birgə layihəsi olan,PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatının on üçüncü turu mükafat üçlüyünü müəyyənləşdirdi. Medalçılar çempionatın sonuna bir tur qalmış bilindi.

 

"Neftçi", "Sabah" və "Zirə" medalçı sıralmasını bölüşəcəklər. Bunun üçün "ağ-qarlar" və "qartallar" sondan əvvəlki turda qalib gəlməli idilər və hər iki komanda bu vəzifənin öhdəsindən gəldi.

 

"Sabah"a üç dəqiq vuruş qələbə üçün kifayət etməd. Çünki görüşdüyü, "Qarabağ"ın şərəfini qoruyan Qara Qarayev də analoji dəqiqliklə cavab verdi.
 

"Sumqayıt" ın qələbəsi asanlıqla proqnozlaşdırılırdı. "Keslə" çoxdan "silahı yerə qoyub"  və "kimyaçılar" heç bir çətinlik çəkmədən çempionatda beşinci qələbəsini qazandı.
 

13 turdan sonra turnir cədvəlində ikihakimiyyəlilikdi. "Neftçi" "Sabah" üzərində lk dövrədəki qələbə sayəsində sona bir tur qalmlç liderliyi ələ alsa da, xal bərabər olduqda çempionluq mübarizəsində əlavə göstəricilər nəzərə alınmayacaq. Bu barədə yarışmamız başlamazdan əvvəl  çempionat qaydalarıyla bağlı reqlamentdə yazmışdıq.

 

Bəli, indi  2 deyil, birdən-birə 3 iştirakçı eyni sayda xal toplayaraq finiş xəttinə eyni çıxa bilər. Məsələ ondadır ki, son turda liderlər görüşür - “Sabah” və “Neftçi”. Komandaların performansını nəzərə alsaq, onların arasında hər kəsin 2 xal alacağı super heç-heçə qeydə alınması yetərincə mümkündür. Liderləri daban-dabana  izləyən "Zirə" də var. "Qartallar" 14-cü turda qalib gəlsələr, liderlərə çatacaqlar və "qızıl oyun"un iştirakçıları olacaqlar. Cavid Hüseynovun son turun nəticəsindən asılı olmayaraq yeddinci olacaq Rahid Əmirquliyevə qarşı oynayacağını nəzərə alsaq, bu, olduqca realdır. Gözləməyə çox qalmadı.
 

 

13-cü turun nəticələri:

"Sabah" - "Qarabağ" - 3:3
"Səbail" - "Neftçi" - 1:2
"Qəbələ" - Zirə" - 2:3
"Keşlə" - "Sumqayıt" - 1:3

 

1. "Neftçi" 13 6 2 2 2 24-18 25
2. "Sabah" 13 5 4 2 2 33-26 25
3. "Zirə" 13 7 1 1 4 29-23 24
4. "Qarabağ" 13 4 2 4 3 25-23 20
5. "Qəbələ" 13 4 2 3 3 25-26 19
6. "Sumqayıt" 13 5 0 3 5 21-21 18
7. "Səbail" 13 2 1 3 7 21-27 11
8. "Keslə" 13 2 0 3 8 14-26 9

 
Bombardirlər: Ruslan Abışov - 33, Cavid Hüseynov - 29.

 
14-cü turda görüşlər aşağıdakılardı:

"Sumqayıt" - "Qəbələ"
"Zirə" - "Səbail"
"Qarabağ" - "Keşlə"
"Sabah" - "Neftçi"
 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB