TOP 10

"Yada düşər xatirələr": "Keşlə"nin qayıdışdan sonra ilk ev qələbəsi, "Zirə"nin "-10"-u

Futbol
Tarix: 2020-04-06 10:47

Premyer Liqamızda qeyri-müəyyən müddətə fasilə olduğu bir vaxtda "Yada düşər xatirələr" videorubrikamız davam edir. On səkkizinci turda ən məhsuldar matç, yeganə böyükhesablı qələbə "ASK Arena"da oldu. Söhbət burda keçirilən "Keşlə" - "Zirə" oyunundan gedir. Meydan sahiblərinin avrokuboklara iddialı rəqibi üzərində 4:0 hesablı qələbəsi gözlənilməz nəticə oldu.

 

Bununla da "Zirə" ardıcıl 2 turda 10 cavabsız qol buraxmasıyla diqqət çəkdi. Bu, "Keşlə"nin qış fasiləsindən sonra ilk ev qələbəsi, ən əsası, 9 aylıq yenidənqurma işlərindən sonra doğma stadionuna qayıdışında ilk qalibiyyəti oldu.   

 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB