TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Qarabağ"ın "Neftçi"yə köməyi dəydi

Futbol
Tarix: 2020-04-05 20:00

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" 13-cü turunun son cütündə 12 turdan sonra lider olan "Sabah" və çempionatın ikinci yarısında mükəmməl çıxış edən "Qarabağ" rəqib oldu. 

 

Qeyd edək ki, ilk iki sual 13-cü turdakı bütün iştirakçılar üçün eynidı. Üçüncü sual oyunçuların təmsil etdikləri klubun tarixinə həsr olunub.

 

 

"Sabah" (Ruslan Abışov)

1. Premyer Liqada keçirilən oyun sayına görə qapıçılar arasında rekordçudu. Karyerası boyunca 10 klubda çıxış edib, heç vaxt legioner həyatı yaşamayıb. "Qara qutu"da kimin adı var?

- Fərhad Vəliyev. 

 

2. Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçu kimdi?
- Reynaldo Silva.

 

3. Ruslan Abışov "Sabah"da bu mövsümdə neçə matç oynayıb?

- 8. 

 

 

"Qarabağ" (Qara Qarayev)

1. Premyer Liqada keçirilən oyun sayına görə qapıçılar arasında rekordçudu. Karyerası boyunca 10 klubda çıxış edib, heç vaxt legioner həyatı yaşamayıb. "Qara qutu"da kimin adı var?

- Fərhad Vəliyev. 

 

2. Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçu kimdi?
- Reynaldo Silva.

 

3. "Qarabağ"ın avrokuboklarda azərbaycanlı bombardiri kimdi?

- Əfran İsmayılov. Düşünürəm ki, bu sualın cavabı "Qarabağ" bütün oyunçularına məlumdu.

 

 

Beləliklə, əziz oxucular. Çempionatımızın başa çatmasına bir tur qalmış “Qarabağ” ən yaxşı bombardirə duruş gətirdi. Qara Qarayev bütün sualların öhdəsindən gələrək Ruslan Abışova onu məğlub etməyə imkan vermədi. Bəli, "Sabah"ın kapitanı da qüsursuz idi, lakin düzgün cavabların maksimal sayı da qələbə üçün kifayət olmadı. Beləliklə, "Neftçi" "Qarabağ"ın mükəmməl oyunu sayəsində "Sabah"a çatdı.
 

 

 

 

"Sabah" (Ruslan Abışov) - "Qarabağ" (Qara Qarayev) - 3:3
 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB