TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Neftçi" xətaya yol verir, amma ...

Futbol
Tarix: 2020-04-05 18:00

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatının on üçüncü turunun üçüncü cütü "Səbail" (Rahid Əmirquliyev) və "Neftçi" (Aqil Məmmədov) ibarət olub.

 

Qeyd edək ki, ilk iki sual 13-cü turdakı bütün iştirakçılar üçün eynidı. Üçüncü sual oyunçuların təmsil etdikləri klubun tarixinə həsr olunub.

 

 

"Səbail" (Rahid Əmirquliyev)

1. Premyer Liqada keçirilən oyun sayına görə qapıçılar arasında rekordçudu. Karyerası boyunca 10 klubda çıxış edib, heç vaxt legioner həyatı yaşamayıb. "Qara qutu"da kimin adı var?

- Hüseyn Məhəmmədov. 

 

2. Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçu kimdi?
- Bilmirəm.

 

3. "Səbail"in Premyer Liqada bombardiri kimdir?
- Ağabala Ramazanov. 

 

 

"Neftçi" (Aqil Məmmədov)

1. Premyer Liqada keçirilən oyun sayına görə qapıçılar arasında rekordçudu. Karyerası boyunca 10 klubda çıxış edib, heç vaxt legioner həyatı yaşamayıb. "Qara qutu"da kimin adı var?

- Hüseyn Məhəmmədov.

 

2. Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçu kimdi?
- Reynaldo Silva.

 

3. Aqil Məmmədov "Neftçi"də bu çempionatda neçə qarşılaşma keçirib?

- 6. 
 

 

"Səbail" ikinci dövrədəki qeyri-bərabər çıxışını davam etdirir. Bu dəfə də Rahid Əmirquliyev yalnız komandanın bombardiri ilə bağlı bir suala düzgün cavab verdi. Ağabala Ramazanovun aktivində 10 qol var. Birinci suala gəlincə, “qara qutu”da Fərhad Vəliyev gizlənirdi. Hərçənd, Aqil Məmmədov ilk suala səhv cavab versə də, yenə də Avropa yarışlarında ən çox qol vuran futbolçunu adlandırmaqla və hazırkı çempionatda keçidiyi matçların sayına düzgün cavab verməklə vəziyyəti düzəldə bildi. Bununla da "Neftçi" qalib gəldi və çempion şanslarını qoruyur. Axı, Məmmədova son turda əsas rəqiblə - Ruslan Abışovla yarışmaq qalır. 

 

 

 

"Səbail" (Rahid Əmirquliyev) - "Neftçi" (Aqil Məmmədov) - 1:2
 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB