TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Zirə" “qan iyi” hiss edib

Futbol
Tarix: 2020-04-05 16:19

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatının on üçüncü turunun ikinci cütü "Qəbələ" (Asif Məmmədov) və "Zirə"dən (Cavid Hüseynov) ibarət olub.

 

Qeyd edək ki, ilk iki sual 13-cü turdakı bütün iştirakçılar üçün eynidı. Üçüncü sual oyunçuların təmsil etdikləri klubun tarixinə həsr olunub.

 

 

"Qəbələ" (Asif Məmmədov)

1. Premyer Liqada keçirilən oyun sayına görə qapıçılar arasında rekordçudu. Karyerası boyunca 10 klubda çıxış edib, heç vaxt legioner həyatı yaşamayıb. "Qara qutu"da kimin adı var?

- Bilmirəm.

 

2. Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçu kimdi?
- Reynaldo Silva.

 

3. "Qəbələ"nin avrokuboklarda bombardiri kimdi?

- Sergey Zenyov. 

 

 

"Zirə" (Cavid Hüseynov)

1. Premyer Liqada keçirilən oyun sayına görə qapıçılar arasında rekordçudu. Karyerası boyunca 10 klubda çıxış edib, heç vaxt legioner həyatı yaşamayıb. "Qara qutu"da kimin adı var?

- Fərhad Vəliyev.

 

2. Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçu kimdi?
- Reynaldo Silva.

 

3. Cavid Hüseynov "Zirə"nin heyətində ilk qolunu hansı komandaya vurub?

- İkinci turda "Neftçi"ni  evdə 1:0 hesabı ilə məğlub etdiyimiz matçda. 
 

 

Cavid Hüseynovun "ikinci nəfəs"i açılıb, yoxsa bəlkə "qan iyi" hiss edib? Finiş xətti nə qədər yaxın olduqca, hər xalın, hər düzgün cavab dəyəri dəfələrlə artır. Axı, Hüseynov ilk üçlükdədi və hətta çempionluq şansları da var. 13-cü turda “Zirə”nin kapitanı bütün tərifləri üstələyərək, sualların hamısına düzgün cavab verdi.  Rəqibinə gəlincə, Asif Məmmədov də möhtəşəm biliklə parladı. "Qəbələ"nin avrokuboklarda bombardiri ilə bağlı sual xüsusilə çətin idi. Məmmədov bu sualı uzun müddət düşündü, amma hər halda, düzgün cavab verdi. Sergey Zenyov "qırmızı-qaralar"ın heyətində Avropa yarışlarında 6 qol vurub. Ancaq bizə elə gəlir ki, ilk sual daha asan idi. Ancaq təcrübəli futbolçu bunun öhdəsindən gəlmədi. Bu da cütün qalibini təyin etməkdə həlledici oldu.
 

 

 

 

"Qəbələ" (Asif Məmmədov) - "Zirə" (Cavid Hüseynov) - 2:3
 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB