TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "cənab qeyri-stabil"dən master-klass

Futbol
Tarix: 2020-04-05 14:27

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatının on üçüncü turu "Keşlə" (Tərlan Quliyev) - "Sumqayıt" (İlqar Qurbanov) cütü ilə başlayır.

 

Qeyd edək ki, ilk iki sual 13-cü turdakı bütün iştirakçılar üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Keşlə" (Tərlan Quliyev)

1. Premyer Liqada keçirilən oyun sayına görə qapıçılar arasında rekordçudu. Karyerası boyunca 10 klubda çıxış edib, heç vaxt legioner həyatı yaşamayıb. "Qara qutu"da kimin adı var?

- Hüseyn Məhəmmədov.

 

2. Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçu kimdi?
- Reynaldo Silva.

 

3. "Keşlə"nin sələfi olan "İnter" avrokuboklarda səfərdə bir dəfə penaltilər seriyasına çatıb. Bu, hansı komandaya qarşı olub?

- Klubun adını xatırlaya bilmirəm, amma düşünürəm ki, Farer adaları təmsilçisinə qarşı olub.

 

 

"Sumqayıt" (İlqar Qurbanov)

1. Premyer Liqada keçirilən oyun sayına görə qapıçılar arasında rekordçudu. Karyerası boyunca 10 klubda çıxış edib, heç vaxt legioner həyatı yaşamayıb. "Qara qutu"da kimin adı var?

- Fərhad Vəliyev.

 

2. Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçu kimdi?
- Reynaldo Silva.

 

3. İlqar Qurbanov bu çempionatda "Sumqayıt"ın heyətində neçə oyun keçirib?

- 4.

 

Çempionatın ən qeyri-sabit iştirakçılarından biri bu dəfə müsbət dalğaya düşdü. İlqar Qurbanov heç bir xətaya yol vermədən bütün sualların öhdəsindən mükəmməl gəldi. Lakin Tərlan Quliyev yalnız ikinci suala cavab verdi. Avropa yarışlarında "İnter"in səfərdə yeganə penaltilər seriyasına gəlincə, bu, Bakı təmsilçisinin 8:9 hesabı ilə məğlub olduğu Polşanın "Lex" klubuyla olub.

 

 

 

"Keşlə" (Tərlan Quliyev) - "Sumqayıt" (İlqar Qurbanov) - 1:3
 

 

 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB