TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Qəbələ" "Neftçi"də "ilişdi", "Sabah" sükanı vermədi, "Zirə" "liderlərin gəmisi"nə tullandı

Futbol
Tarix: 2020-04-05 11:48

Sport24.az və Football24.az-ın ortaq layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" bilik yarışmasının on ikinci turu geridə qaldı. Finiş xətti yaxınlaşdıqca, intriqa artır. Ən kiçik bir səhv ciddi uğursuzluğa gətirib çıxara bilər. Hələliksə ...
 

6 turdan sonra hesabında qələbə olmayan "Qarabağ" vəziyyəti düzəltməyə çalışır. Bu dəfə Qara Qarayev "Sumqayıt"dan güclü oldu. İlqar Qurbanovun biliyi ilə nə baş verdiyini bilmirik, amma uzun müddətdir lider qrupda yer alan bu müdafiəçi finiş xəttinə yaxınlaşdıqca yetərincə gerilədi. Elə bu dəfə də o, "ağ bayraq" qaldırdı.
 

Analoji  sözlər faktiki olaraq ikinci dövrəni boşa verən "Səbail"ə də aiddi. Düzdür, hesabat turunda Rahid Əmirquliyev kifayət qədər yaxşı çıxış etdi, 2 suala düzgün cavab verdi. Sadəcə, bu dəfə bəxti gətirmədi. Ruslan Abışovu küncə sıxmaq praktiki olaraq mümkün deyil. "Sabah"ın kapitanı demək olar bütün sualların öhdəsindən gəlir. Bu dəfə də Abışov maksimum düzgün cavablar verdi ki, bu da ona liderliyini qorumağa imkan verdi.

 

Ötən turda xal itirərək liderliyini əldən verən "Neftçi" bu dəfə büdrəmədi. Düzdür, Aqil Məmmədov yalnız 2 suala düzgün cavab verdi, ancaq bu, ona qızıl uğrunda mübarizəni davam etdirmək üçün kifayət etdi. 19 xalı olan və 3-cü pillədə qərarlaşan Asif Məmmədov ən pis oyununu keçirdi. Bir suala belə düzgün cavab vermədən praktiki olaraq çempionluq ümidinin üstündən xətt çəkdi. 
 

"Keslə" yenidən uduzdu. Düzdür, bu dəfə mübarizə şəraitində. Tərlan Quliyev iki dəfə dəqiq oldu, amma rəqibi ondan üstün idi. Cavid Hüseynov hər üç suala düzgün cavab verdi. Bu qələbə "Zirə"ni 3-cü pilləyə çıxardı və "qartallar" qanadlarını daha yüksəklərə qaldıra bilər. Axı, liderlə xal fərqi cəmi 2-di.
 

 

12-ci turun nəticələri:

"Zirə" - "Keslə" - 3:2
"Neftçi" - "Qəbələ" - 2:0
"Səbail" - "Sabah" - 2:3
"Sumqayıt" - "Qarabağ" - 1:2

 

1. "Sabah" 12 5 3 2 2 30-23 23
2. "Neftçi" 12 5 2 3 2 22-17 22
3. "Zirə" 12 6 1 1 3 26-21 21
4. "Qəbələ" 12 4 2 3 3 23-23 19
5. "Qarabağ" 12 4 1 4 3 22-20 18
6. "Sumqayıt" 12 4 0 3 5 18-20 15
7. "Səbail" 12 2 1 3 6 20-25 11
8. "Keslə" 12 2 0 3 7 13-23 9


 
Bombardirlər: Ruslan Abışov - 30, Cavid Hüseynov - 26.

 

13-cü turda cütlər aşağıdakılardı:

"Sabah" - "Qarabağ"
"Səbail" - "Neftçi"
"Qəbələ" - "Zirə"
"Keşlə" - "Sumqayıt"

 

Qeyd edək ki, "Sumqayıt" İlqar Qurbanovla, "Səbail" Rahid Əmirquliyevlə, "Neftçi" Aqil Məmmədovla, "Qarabağ" Qara Qarayevlə, "Keşlə" Tərlan Quliyevlə, "Sabah"  Ruslan Abışovla, "Zirə" Cavid Hüseynovla, "Qəbələ" Asif Məmmədovla təmsil olunub.
 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB