TOP 10

Çeferin ÇL-i və Avropa Liqasını bitirməli olduqları tarixi açıqladı: "Avrokubokları sona çatdırmamağımız mümkündü"

Dünya Futbolu
Tarix: 2020-04-05 10:40

“Avrokubokların davamını həmişəki qaydada da, neytral meydanlarda da keçirməyimiz mümkündür. Yarımfinal və finalı belə keçirmək olar”. Sport24.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

 

Sloveniyalı funksionerr koronavirus pandemiyası üzündən yarımçıq qalan avrokubok mövsümünü başa çatdırmaq üçün müxtəlif variantlar nəzərdən keçirilir: “Hər şey, həm Çempionlar Liqası (ÇL), həm də Avropa Liqası avqustun 3-dək başa çatmalıdı. Vəziyyət fövqəladədir. Liqalarla eyni vaxtda da oynaya bilərik. Böhran dayansa, biz tez oynamağa başlayacağıq".

 

Çeferinin fikrincə, yeganə düzgün olmayan addım futbolçuların, azarkeşlərin və hakimlərin sağlamlığına nəsə təhlükə olduğu vaxtda oynamaqdı: "Amma təhlükəsizdirsə, problem görmürəm. İdman enerji gətirir və bizə lazımdır. İnsanlar əsəbiləşir, həyəcan keçirir. Futbol insanların həyatının vacib hissəsidir. Hətta indi superulduzlar həkimlər və tibb bacıları olsa da”.

 

UEFA prezidenti mövsümün davam etdirilməmək variantının mövcudluğunu da qeyd edib: “Turnirlərin bərpası üçün bir neçə planımız var: may, iyun, iyulda başlamağımız və ya avrokubokları sona çatdırmamağımız mümkündü. UEFA, liqalar və klublar arasında çalışan İşçi Qrupu var. Hakimiyyət bizə oynamağa icazə verməsə, bunu bacarmayacağıq. Milli hökumətlərdən asılıyıq. İstənilən halda, oyunları bağlı qapılar arxasında keçirmək və televiziya ilə yayımlamaq olar. Axı, futbol insanların istədiyi şeydir”.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB