TOP 10

Elvin Yunuszadə Lənkəranda karantində qalıb: "Bosniyada çempionat ləğv olunsa belə, Azərbaycana qayıtmaq fikrim yoxdu"

Futbol
Tarix: 2020-04-05 10:00

Qış fasiləsində legioner həyatı yaşamaq üçün Bosniya və Herseqovinaya yollanan millimizin sabiq futbolçusu Elvin Yunuszadə yüksək liqa təmsilçisi "Çelik"ə keçdi. Ancaq təcrübəli müdafiəçi hələ də orda debüt edə bilməyib. Əvvəl işçi vizası problemiylə üzləşən Elvin ardından dünyanı bürüyən koronavirus pandemiyasına görə ümumiyyətlə, komandadan ayrı düşdü. Bosniyanı tərk etdikdən sonra bir müddət Türkiyədə qohumlarının evində qalan Yunuszadə artıq Vətəndədi. 29 yaşlı futbolçu Sport24.az-a müsahibəsinə ilk olaraq Azərbaycana nəhayət, baş tutan səfəriylə bağlı danışıb.

 

- Bura normal gəldim. İstanbulda bir az problem var idi. Bu da tək mənimlə bağlı yox, Türkiyədən çıxa bilməyən bütün xarici vətəndaşlarla bağlı idi. Məlum səbəbdən orda gözləməli olduq. Azərbaycana gələndən sonra karantində qaldım və müəyyən analizlər verdikdən sonra evə buraxıldım. Ümümi prosedura uyğun olaraq 14 gün Lənkəranda karantinde qaldım. 2 dəfə də analiz verdim. Nəticə neqativ çıxdı. Hər şey qaydasında olduğu üçün də evə buraxıldım.

 

- Bundan sonrakı planların? Məşqləri necə etmək fikrindəsən?

- Bundan sonrakı zaman üçün qeyri-müəyyənlik var. Bu səbəbdən hələ ki bir planım yoxdu.

 

- "Çelik"də vəziyyət necədi? Bakıya döndükdən sonra klubunla əlaqə saxlamısan?

- Daim əlaqədəyik. Ordakı vəziyyətdən asılı olaraq bizə də xəbər veriləcək. Biz də onda uyğun hərəkət edəcəyik. Ümümi götürsək, yaranan vəziyyət həm idman baxımdan, həm digər amillərə görə hamıya mənfi təsir göstərəcək. Biz də çalışacağıq ki, bu vəziyyətdən minimum ziyanla çıxaq, evdə də olsaq məşqimizdən qalmayaq.

 

- Müqavilən yaya qədərdi. Belə davam etsə, oynamadan anlaşman bitə bilər. Ora dönməyə bilərsən?

- Bosniyada çempionat ləğv olunsa belə, Azərbaycana qayıtmaq fikrim yoxdur. Yaya qədər çempionat bərpa olunmasa, çox güman ki, başqa yerə gedəcəyəm. Bu məsələrlə bağlı əslində, indi dəqiq bir söz deyə bilmirəm. Çünki vəziyyət buna imkan vermir. Bir ay gözləyək, vəziyyətin necə olacağını izləyək. Təbii ki, hazırda əsas sağlamlığımızdı. Futbolda davam etmək üçün ilk öncə özümüzün, ailəmizin sağlamlığını düşünməliyik.

 

- Müqavilənlə bağlı klub rəhbərliyinlə söhbətin olub?

- Bununla bağlı klub prezidenti ilə də, baş məşqçi ilə də söhbətim olub. Çempionat bərpa olunmasa, bu barədə bir daha danışacağıq. Bildiyim qədəri ilə vəziyyət belə davam etsə, baş məşqçimiz Ümit Özat da qalmayacaq.

 

 

 

FƏRƏC ASLANOV

 

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB